Əsas Səhifə > Olimpiya > Azərbaycan idmançısı: “Görüş Polşada keçirilməsəydi, qələbə qazanan mən olacaqdım”

Azərbaycan idmançısı: “Görüş Polşada keçirilməsəydi, qələbə qazanan mən olacaqdım”


25-06-2023, 19:20


“Görüş Polşada keçirilməsəydi, qələbə qazanan tərəf mən olacaqdım”.

BrendSport.az
xəbər verir ki, 30 yaşlı idmançı hakim haqsızlığı ilə üzləşdiyini düşünür: “Püşkatmada bəxtim gətirmədi. Yerli idmançı ilə üz-üzə gəlirsənsə, həmişə 0:1 hesabı ilə geridən başlayırsan. Üstəlik, dünya çempionuna qarşı vuruşurdum. Pis deyildi. Mənə elə gəlir ki, bərabər səviyyədə döyüş oldu. Yerli idmançı olduğundan, hakimlər üstünlüyü ona verdilər. Yenə də Avropa Oyunlarında iştirak etməklə adımı tarixə yazdım. İnanıram ki, gələcək turnirlərdə revanşı alaram”.

Məhəbbət Hümbətov onu dəstəkləyənlərə təşəkkürünü bildirib: “Məğlubiyyətimə görə məyus olmasınlar”.

Qeyd edək ki, Məhəbbət Hümbətov görüşdə rəqibinə 28:29 hesabı ilə məğlub olub.
Geri qayıt