Əsas Səhifə > Olimpiya > Məmmədyarovdan növbəti zəfər

Məmmədyarovdan növbəti zəfər


21-01-2018, 14:11
Məmmədyarovdan növbəti zəfər

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Steel Chess” turniri davam edir. Dünən yarışın 7-ci turuna yekun vurulub. Şəhriyar Məmmədyarov turnirdə üçüncü qələbəsini qazanıb. Azərbaycan şahmatçısı 7-ci turda ağ fiqurlarla çinli Vey İni məğlub edib. Rəqib 30-cu gedişdə təslim olub. Bununla da xallarını 5,5-ə çatdıran Məmmədyarov, vahid liderliyini davam etdirir. O, ən yaxın izləyicilərindən 1 xal öndədir.
Geri qayıt