Əsas Səhifə > Müsahibə > Millimizin baş məşqçisi: Qrup mərhələsini birinci pillədə başa vurmaq istəyirik
Millimizin baş məşqçisi: Qrup mərhələsini birinci pillədə başa vurmaq istəyirik6-03-2023, 12:30 |
Oyunun keçiriləcəyi Koszalin idman zalında ilk məşqimizə çıxdıq. Polşa millisi ilə oyunda meydanda tətbiq etmək istədiyim bəzi məqamlar var ki, az da olsa onların üzərində işlədik. Düzdür, ilk məşqdə elə də çox vaxtımız olmadı. Çünki bura gəlmək üçün xeyli yol qət etmişik, uşaqlarda yorğunluq var. BrendSport.az xəbər verir ki, bu sözləri dünya çempionatının əsas qrup mərhələsində martın 7-də Polşa yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva deyib. Braziliyalı mütəxəssis qeyd edib ki, ilk məşqdə müdafiədən hücuma çıxmağa, 5-in 4-də oyunla bağlı müəyyən taktiki çalışmalara vaxt ayırdıq. Bilirəm ki, rəqibimiz də bizimlə matça yaxşı hazırlaşır. Hətta onlar tərəfindən verilən müsahibələr, açıqlamalarla da tanışam. Hər dəfə qələbə qazanmaq istədiklərini qeyd edirlər. Onlara hörmətlə yanaşırıq, amma biz də bu qədər yolu qələbə qazanmaq üçün qət etmişik. Oyuna yaxşı hazırlaşmışıq və qrup mərhələsini birinci pillədə başa vurmaq istəyirik. “Bəzi futzalçılar məşqdə iştirak edə bilmədilər. Bolinya qrip olub, Felipinyo və Ramiz Çovdarovun isə yüngül zədəsi var. İnanıram ki, onlar Polşa ilə oyunda bizə kömək edəcəklər”, - deyə baş məşqçi əlavə edib. Geri qayıt |