Əsas Səhifə > Müsahibə > Qurban Qurbanov: Yaxşı nəticə ilə azarkeşləri sevindirmək istəyirik
Qurban Qurbanov: Yaxşı nəticə ilə azarkeşləri sevindirmək istəyirik15-02-2023, 21:18 |
Rəqib sürətli oyunçulara malikdir və 90 meydanda yaxşı pressinq edirlər. Maraqlı oyun alınacaq. Yaxşı nəticə ilə azarkeşləri sevindirmək istəyirik. Rəqibə qarşı bəzi risklərə getməliyik. Hər zonada həddindən artıq diqqətli olmalıyıq. Qarşıda cavab görüşü də var. BrendSport.az xəbər verir ki, bunu UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Belçikanın “Gent” klubunu qəbul edəcək Ağdamın “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib. “Gent” klubu ilə matçın çox vacib oyun olduğunu söyləyən Q.Qurbanov deyib: “İkinci dəfə bu turnirin pley-off mərhələsində oynayacağıq. Ötən ilkindən daha yaxşı nəticə qazanmaq istəyirik. Doğma meydanda çıxış edəcəyik. Azarkeş baxımından üstünlük bizdə olacaq. Böyük problemimiz yoxdur. Sadəcə, komanda tam istədiyim kimi deyil. Qarşıdakı oyunlarda daha yaxşı “Qarabağ” gözləyirəm. Buna nail olacağımıza inanıram. Yeni transferlərin komandaya uyğunlaşması çətin olmayacaq. Amma hazırlıqları yaxşı səviyyədə deyil. Demək olar ki, kollektivə tam uyğunlaşıblar. İlk günlərdə bir az utancaqlıq var idi. Get-gedə özlərini daha yaxşı və rahat hiss edirlər. Onlara sabahkı görüşdə şans verilməsi ehtimalı da var. Son qərarı oyun günü verəcəyik”. Təcrübəli mütəxəssis ilk matçın evdə və ya səfərdə olmasının hər hansı üstünlük olmadığını diqqətə çatdırıb: "Bakıda heç-heçə edib, səfərdə qalib gəldiyimiz qarşılaşmalar olub. Bəlkə də bugünkü vəziyyətdə evdə oynamaq daha uyğundur. Dəyişə biləcəyimiz bir şey yoxdur. Ona uyğun addım atmalıyıq". Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq. Geri qayıt |