Əsas Səhifə > Müsahibə > Xəzər Lənkəranın keçmiş futbolçusu: Neftçidən təklif almışdım
Xəzər Lənkəranın keçmiş futbolçusu: Neftçidən təklif almışdım24-01-2023, 13:30 |
Rumıniyalı futbolçu Adrian Skarlatake Azərbaycanda “Xəzər Lənkəran”dakı çıxışı ilə populyarlaşıb. 2011-ci ilin yanvarında Lənkəran təmsilçisinə icarə əsasında keçən müdafiəçi həmin ilin yayında ölkəsinin “Dinamo” klubuna qayıtsa da, bir ildən sonra yenidən Azərbaycana dönüb. Bu dəfə o, 4 il “Xəzər Lənkəran”da qalıb. Skarla 2016-2018-ci illərdə “Keşlə”nin (indiki “Şamaxı”), 2018-2020-ci illərdə “Zirə”nin şərəfini qoruyub. 2010/2011 mövsümündə “Xəzər Lənkəran”la, 2017/2018 mövsümündə isə “Keşlə” ilə Azərbaycan Kubokunun qalibi olub. BrendSport.az xəbər verir ki, hazırda Rumıniya Liqa1-də çıxış edən “Mioveni”nin formasını geyinən Adrian Skarlatake “Report”un suallarını cavablandırıb. - Artıq 36 yaşınız olmasına baxmayaraq, hələ də Rumıniyanın yüksək liqasında çıxış edirsiniz. İşləriniz necə gedir? - Bəli, hələ də Rumıniyada oynayıram. Özümü çox yaxşı hiss edirəm və düşünürəm ki, minimum 37 və ya 38 yaşa qədər Rumıniyanın yüksək liqasında oynayacağam. - Azərbaycanda keçirdiyiniz illəri necə xatırlayırsınız? - Gözəl illər idi. Azərbaycanda keçirdiyim vaxtı böyük məmnuniyyət və sevinc hissi ilə xatırlayıram. Oradakı illərim üçün darıxıram. Hətta bəzən Azərbaycana qayıtmağa ümid edirəm. - “Xəzər Lənkəran”, “Keşlə” (hazırkı “Şamaxı”) və “Zirə”də oynamısınız. Yəqin ki, “Xəzər Lənkəran”ın sizin üçün yeri hələ də xüsusi olaraq qalır... - Əlbəttə. “Xəzər Lənkəran” mənim üçün xüsusi idi. Çünki orada 4 il yarım oynamışam. Ən gözəl xatirələrim orada qaldı. O klubda özümü çox yaxşı hiss edirdim. “Keşlə” və “Zirə” də yaxşı komandalar idilər. Amma “Xəzər”in ürəyimdə xüsusi yeri var. Geri qayıt |