Əsas Səhifə > Müsahibə > Kadi Borges: “Azərbaycanda yaşadıqlarım həyatımın ən çılğın və ən gözəl anlarından biri idi”
Kadi Borges: “Azərbaycanda yaşadıqlarım həyatımın ən çılğın və ən gözəl anlarından biri idi”16-01-2023, 12:27 |
“Azərbaycanda yaşadıqlarım indiyə qədərki həyatımda ən çılğın və ən gözəl anlardan biri idi”. BrendSport.az xəbər verir ki, bunu “Qarabağ”dan Rusiyanın “Krasnodar” klubuna transfer olunan braziliyalı futbolçu Kadi Borges şəxsi instaqram hesabında yazıb. 27 yaşlı yarımmüdafiəçi vida mesajında Azərbaycan klubuna təşəkkürünü bildirib: “Bir gün hər şey bitir, başqa mərhələ bağlanır. Demək istədiyim hər şeyi yazsam, sətirlər əskik qalar. Klub üçün mübarizə apardığım dövrlərdə mənə verdiyi hər şeyə görə “Qarabağ” klubuna, hər gün yanımda olan oyunçuların hamısına və mənə kömək olan bütün heyətə ürəkdən təşəkkürümü bildirirəm. Ora gələn Kadini yeni Kadiyə çevirməyi bacardığınız üçün təşəkkür edirəm. “Qarabağ” klubuna, məşqçi heyətinə, futbolçularına və azarkeşlərinə sevgi və sonsuz ehtiramımı bildirirəm, hamınıza uğurlar arzulayıram. Daha sonra yenidən görüşmək diləyi ilə. Əsla vida olmayacaq”. Kadi Ağdam klubundakı statistik göstəricilərini paylaşaraq, burada uğurlu çıxış etdiyini vurğulayıb: “74 oyunda 28 qol, 28 məhsuldar ötürmə, ölkə çempionluğu, kubokun qalibi, çempionatın bombardiri və mövsümün ən yaxşı oyunçusu olduğum üçün uğur hissi ilə klubdan ayrılıram. Başım dikdir”. O, həm özünün, həm də ailəsinin Azərbaycanı gözəl xatirələrlə tərk etdiyini qeyd edib: “Xəyal etmədiyim şəkildə məni qucaqlayan azarkeşlərə xüsusi təşəkkürümü bildirirəm. Siz həyatımızda bənzərsiz idiniz. Mən, həyat yoldaşım, ailəm sizinlə keçirdiyimiz hər anı evimizdə xüsusi yerdə yaşadacağıq. Bu gün karyeramda yeni çağırışa və dönəmə keçirəm. Məni hər gün təəccübləndirdiyi üçün Tanrıya şükür edirəm. Onsuz bunların heç birinin mümkün olmayacağına əminəm”. Futbolçu “Qarabağ”dan ayrılmağı ilə bağlı mətbuatda yayılan informasiyaların doğru olmadığını bildirib: “Çıxan hər xəbərə inanmayın. Bu kanalların heç biri həqiqəti demir. Bir gün hər şeyi izah edəcəyəm və sizə əslində nə baş verdiyini danışacağam”. Geri qayıt |