Əsas Səhifə > Müsahibə > “Kanalımız dəqiq məlumat tərəfdarıdır”

“Kanalımız dəqiq məlumat tərəfdarıdır”


11-11-2017, 21:31


Artıq bir çox telekanallarımızın reginolarda yerli büroları fəaliyyət göstərir. Belə kanallarımızdan biri də “ARB” telekanlıdır. Çəkilişlər zamanı ən çox görünən müxbirlər olsa da, onları lentə alıb cəmiyyətə təqdim edənlər operatorlar olur.

BrendSport.az saytı bildirir ki, belə operatorlardan biri də “ARB”nin Şəki bürosunda çalışan Cavanşir Seyfəddinoğludur.

İxtisasca stomatoloq olan, lakin sonradan operatorluğa olan marağı Cavanşiri bu sahəyə bağlayıb. Onunla çalışdığı sahənin görünməyən tərəfləri haqqında söhbət etdik.

- Cavanşir, çalışdığın sahədən razısanmı?

- Təbii ki, razı qalmasaydım bu neçə illərdə başqa bir peşə seçərdim. Operatorluğu rəhmətlik atamdan öyrənmişəm. Birinci xobbi kimi baxırdım, indi isə bir peşəkar kimi yanaşıram. Müxtəlif çəkilişlərdə müxtəlif insanlarla rastlaşıram.

- “ARB” kanalı sənin üçün nə deməkdir?

- Azərbaycan teleməkanının ən peşəkar və mehriban bir kanalıdır. Mən “ARB”dən çox şey öyrənmişəm. Ən əsası, çəkilişlərə peşəkar kimi yanaşma. Kanalda dəqiqlik və operativlik əsas şərtdir.

- İdmana münasibətin necədir?


- Əslində idmana olan marağım operator gözüynəndir. Yəni, bütün idman tədbirlərində çaılışmışam ki, tamaşaçıya gözəl kadrlar hazırlayım. “ARB”də idman xəbərləri öz operativliyini itirmir. Kanalımız dəqiq məlumat tərəfdarıdır. Biz operatorlar da bu məlumatları keyfiyyətli cəklişlərimizlə gözəlləşdiririk. Onu da qeyd edim ki, “ARB” kanalı rəhbərliyinin daimi diqqətini və qayğısını işimizdə tam hiss edirik.

Alxas Məmmədov




Geri qayıt