Əsas Səhifə > Müsahibə > İştirak edən yeganə Futzalçıyam
İştirak edən yeganə Futzalçıyam19-04-2021, 18:01 |
![]() BrendSport.az saytının bugünki müsahibi futzal üzrə Azərbaycan Milli Komandasının kapitanı Rizvan Fərzəliyevdir. - Rizvan müəllim, öncə Rizvan Fərzəliyev özü-özünü tanıdığı kimi, bizlərə də tanıtdırmağı maraqlı olardı. Sizə desək ki, Rizvan Fərzəliyevi bizə tanıtdırın, qısaca necə təqdim edərdiniz? Bizim tanıdığımız Milli Komandamızın kapitanı Rizvan Fərzəliyev bəs sizcə kimdi? - Mən futzal üzrə milli komandanın kapitanı Rizvan Fərzəliyev 01 sentyabr 1979-cu ildə Bakı şəhərində anadan olmuşam. Məncə, ən gözəl təqdimat belə olardı. O ki qaldı mənim kim olmağıma, bunu məndən daha yaxşı komanda yoldaşlarım və yaxınlarım bilər (gülür). - Sizcə, Rizvan Fərzəliyev yaxşı kapitan, komanda yoldaşı yoxsa yaxşı dostdu? - Məncə, hər üçü keçərlidi. Çünki kapitan kimi həmişə çalışmışam ki, yaxşı yoldaşlıq edib və özümə layiq dostlar qazanım. - Son oyunlarda tez-tez əvəz olunmağınızın başlıca səbəbi nədir? - Əslində futzalda oyunçular tez-tez əvəz olunur. Bunlar məşqçinin işidir və biz də ona hörmətlə yanaşırıq. - Gələcəkdə övladlarınızı bu sahədə görmək istərdinizmi? - Əlbəttə, hazırda böyük oğlum futbolla məşğul olur. Çox istərdim ki, xalqımız onu futbolda məndən də çox tanınsın. - Sirr deyilsə, oğlunuz hansı klubda oynayır? Gələcəkdə onu hansı klublarda görmək istəyirsiz? - Hazırda uşaq fudbol məktəbindədir. İnşAllah gələcəkdə böyük kulublarda oynamağın arzu edirəm. Ən əsası isə milli komandamızda oyanmasını çox istəyirəm. Yenə də Allah bilən məsləhətdir. - Rizvan Fərzəliyevə görə, gənc perspektivli oyunçu, yoxsa bir az orta yaş və təcrübəli oyunçu? Sizcə milliyə hansı daha çox fayda verə bilər? - Nə qədər tez bu idman növü ilə məşğul olsan bir o, qədər orta yaşda təcrübə qazanarsan və milliyə fayda verərsən. - Bildiyimiz kimi, zallar bağlıdır. Futzal çempionatı keçirilmir. Bu gün bu oyunçulara, milliyə və klublara necə təsir edir? - Əlbəttə, hazırda çətindir. Allah qoysa zallar tezliklə açılar. - Futbol yoxsa futzal? - Futbol və futzal tamam başqa idman növləridir. Futzala insanın özünün daha çox marağı olmalıdı. - Milli komandamızın oyunlarına hər zaman azarkeş dəstəyi olurdu və komanda bundan daha da ruhlanırdı. Son oyunlarda məlum səbəblərdən azarkeşsiz oynamisiz. Bu komandada necə təsir edir? - Təbii ki, azarkeş dəstəyi ən vacib məqamlardan biridir. Onların dəstəyi oyunçulara ruh yüksəkliyi verir. - Gələcək oyunlara komanda necə hazırlaşır? Hazırlıq planı varmı? - Hələki yoxdu. - Futbolçu olmasaydız hansı sənətin sahibi olmaq istərdiniz? - Onu Allah bilər. - Son olaraq, Avropa çempionatının seçmə mərhələsindən də danışaq. Millimiz qrupda beş qələbə və bir heç-heçə ilə Avropa çempionatına ardıcıl altıncı dəfə vəsiqə qazandı... - Bu bizim ən yaxşı nəticələrimizdən biridir. Mən bu qrup oyunlarında 6-cı dəfədir ki, bu nailiyyətlərdə iştirak edən yeganə futzalçıyam. İnanıram ki, daha yaxşı nəticələrimiz olacaq. Sonda biz də BrendSport.az saytı olaraq futzal milli komandamıza və sizə gələcəkdə uğurlar arzu edirik. ![]() ![]() BrendSport.az Sevanə Nurullayeva Geri qayıt |