Əsas Səhifə > Müsahibə > Ümüd edirəm belə bir şey olmayacaq

Ümüd edirəm belə bir şey olmayacaq


18-04-2021, 23:28
Ümüd edirəm belə bir şey olmayacaq

İbrahim Qədirzadə Lənkəranda Anadan olub.
Xəzər Lənkəran yetirməsi olan futbolçu
“İnter” “Qarabağ” “MOİK” “Zaqatala” “Neftci” kimi Komandalarda forma geyinmiş Gənc futbolçumuz hal-hazırda Gürcüstanın “Samtredia” Komandasında legioner həyatı yaşayır.
BrendSport.az olaraq gənc futbolçumuzla danışaraq. Bizə maraqlı olan, bir neçə suala cavab verməsini xahiş etdik.

-İlk dəfədir legioner həyatı yaşayırsız bu barədə nə deyə bilərsiz?


-Bəli ilk dəfədir yaşayıram amma burada özümü çox rahat hiss edirəm. İlk defə legioner həyatı yaşayan bir futbolçu kimi hiss etmirəm.

-Millidə oynamamanızın səbəbi sizcə nədəndir? Özünüzü bu gün millidə görürsünüzmü?



- Millidə oynamaq hər bir futbolçu kimi mənimdə arzumdur. Millidə oynamaq üçün çox çalışmaq lazımdır. Nə zamam layiq olsam çağırılacağıma ümüd edirəm.

-Xaricdə oynayıb qayıdanlar öncələr Azərbaycan liqasında oynadığı oyunu bu gün göstərə bilmirlər. Misal ücün Ramil Şeydayev və Kamran Ağayevi qeyd etmek olar. Sizcə onların bu uğursuz talehi sizidə gözləyə bilər?


-Ümüd edirəm ki, belə bir şey olmayacaq. Hər şeyin yaxşı olması üçün dahada çox çalışıram.


-Gələcək planlarınız nədir?

-Bu gün Samtrediadayam komandası üçün çalışıram. İlk öncə burda məqsədim maksimum komandaya xeyir vermək, həmdə özümü gələcək koryeram üçün inkişaf etdirməkdir.

BrendSport.az

Sevanə Nurullayeva
Geri qayıt