Əsas Səhifə > Müsahibə > "Qarabağ"ın baş meneceri: "İnanıram ki, Sivasda yaxşı nəticə əldə edə biləcəyik"
"Qarabağ"ın baş meneceri: "İnanıram ki, Sivasda yaxşı nəticə əldə edə biləcəyik"5-11-2020, 19:35 |
"Sivasa gələn kimi özümüzü evimizdə hiss etdik. Çünki hava limanında bizi çox yaxşı qarşıladılar". BrendSport.az saytı xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş meneceri Asif Əsgərov türkiyə mətbuatına UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyədə "Sivasspor"a qarşı keçirəcəkləri matç barədə danışarkən deyib. Klub rəsmisi Sivas valisi və digər şəxslərin onları evlərində kimi hiss etdirdiklərini bildirib: "Təşkilatçılığa görə "Sivasspor"a təşəkkür edirəm. Komandada hər şey qaydasındadır. İnanıram ki, yaxşı nəticə əldə edə biləcəyik". Qeyd edək ki, "Yeni Sivas 4 Eylül" stadionunda oynanılacaq bugünkü qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək. Geri qayıt |