Əsas Səhifə > Müsahibə > Elxan Məmmədov: “Avro-2020” ilə bağlı dəyişiklik barədə UEFA-dan AFFA-ya heç bir müraciət daxil olmayıb

Elxan Məmmədov: “Avro-2020” ilə bağlı dəyişiklik barədə UEFA-dan AFFA-ya heç bir müraciət daxil olmayıb


16-10-2020, 16:35
Elxan Məmmədov: “Avro-2020” ilə bağlı dəyişiklik barədə UEFA-dan AFFA-ya heç bir müraciət daxil olmayıb


“Avro-2020” ilə bağlı dəyişiklik barədə UEFA-dan AFFA-ya heç bir müraciət daxil olmayıb.
BtendSport.az saytı xəbər verir ki, bunu Azərtac-a məxsusi müsahibəsində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
AFFA-nın icraçı vitse-prezidenti bildirib ki, futbol üzrə “Avro-2020” cari ilin iyun-aylarında təşkil olunmalı idi. Təəssüf ki, COVID-19 pandemiyasına görə, UEFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən həmin yarış bir il təxirə salınıb.
“Son günlər beynəlxalq və yerli mediada “Avro-2020”nin formatının dəyişdirilməsi ilə bağlı müxtəlif fikirlər səslənir. Lakin “Avro-2020” ilə bağlı dəyişiklik barədə UEFA-dan AFFA-ya heç bir müraciət daxil olmayıb. Eləcə də araşdırma məqsədilə də sorğu almamışıq. UEFA-nın İcraiyyə Komitəsinin sonuncu qərarına əsasən, “Avro-2020” 12 şəhərdə təşkil olunacaq. Bu sıraya Bakı da daxildir. Turnir 2021-ci ilin iyun-iyul aylarında təşkil olunacaq. UEFA-dan hər hansı məlumat alınsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə Elxan Məmmədov qeyd edib.
Geri qayıt