Əsas Səhifə > Müsahibə > “Biz bir növ tamaşaçılardan biriyik, ancaq biz onlardan məsuliyyətliyik”
“Biz bir növ tamaşaçılardan biriyik, ancaq biz onlardan məsuliyyətliyik”23-09-2017, 22:51 |
Hər kəsə məlumdur ki, keçirilən hər bir tədbirin gözə görünməyən iştirakçıları olur. İdman tədbirlərində də görünməyən peşə sahibləri var. Bu insanlar demək olar ki, yarışın bütün texniki tərəflərini həll edərək, yarışın uğurla keçirilməsinə şərait yaradırlar. Müasir dövrdə yarışlar da ən yeni texnikalar vasitəsilə həyata keçirilir. Hər şey demək olar ki, kompüter texnoligiyasından asılıdır. Bura püşkün atılması, himnin səsləndirilməsi, xalların yazılması və s. daxil etmək olar. BrendSport.az saytının bugünkü qonağı kompüter mütəxəssisi Samir Manafovdur. - Samir müəllim, yarışların idarə olunması müasirləşib, dəyişib, buna necə baxırsız? - Cəmiyyərin müasir inkişafı idmana da sirayət edib. Elektron cihazlar, elektron jeletlər, video reqistratorlar - bunların hamısı yarışın əsas prosesinə daxil olub. Baxmayaraq ki, yarışlarda bir neçə hakim olur, ancaq yenə də mübahisəli anlar demək olar ki, texnologiyanın köməkliyi ilə həll edilir. Müasir dövrdə mikrafonsuz, səs gücləndirmə, kompüter, monitor, foto və video çəkilişlərsiz heç bir yarışı təsəvvür etmək olmaz. - Yarışlarda pərdə arxasında qalmaq necə bir hissdir? - Əslində sizə bir söz deyim (gülür). Günəşli havada kölgədən çox şey görünür. Olimpiya çempionunun həyacanını biz ancaq monitorlarda görə bilirik. Ən yüksək məqam isə, o çəkilişləri biz tamaşaçılara ötürə bilməyimiz olur. Bizim ən çətin işimiz yarışlardan bir-iki gün qabaq olur. Yarış vaxtı isə biz bir növ tamaşaçılardan biriyik, ancaq biz onlardan məsuliyyətliyik. - İşinizin ən məsuliyyətli hissəsi hansılardır? - Birincisi himnin səsləndirilməsi, ikincisi fəxri qonaqların çıxışı və üçüncüsü isə medalların təltif olunması. - Samir müəllim, sizin peşənizə yeyələnmək üçün insanda hansı üstünlüklər olmalıdır? - İlk öncə onu deyim ki, cavabdeh olduğun texnikanın mütəxəssisi olmalısan. Eyni zamanda səbirli yanaşma və yaradıcı bir insan olmaq. - Samir müəllim, maraqlı müsahibəyə görə çox sağ olun. Gələcək işlərinizdə sizə uğurlar arzulayırıq. - Siz də sağ olun. Əliqasım Məmmədov, ADPU-nın birinci kurs tələbəsi Geri qayıt |