Əsas Səhifə > Müsahibə > Fəridə Lütfəliyeva: Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzeydə 37 eksponat nümayiş etdirilir

Fəridə Lütfəliyeva: Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzeydə 37 eksponat nümayiş etdirilir


23-12-2018, 01:36


UEFA Avropa Liqasına həsr olunmuş muzey gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq məqsədilə yaradılıb. Yanvarın 7-dək fəaliyyət göstərəcək muzeydə Avropa Liqası ilə bağlı 37 eksponat nümayiş etdirilir.

BrendSport.az xəbər verir ki, Bu sözləri UEFA Avropa Liqası muzeyinin direktoru Fəridə Lütfəliyeva AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

O bildirib ki, eksponatlar arasında yarışın finalında iştirak edən komandaların imzalı formaları, turnirin rəsmi topu və finalda istifadə edilən toplar nümayiş olunur. Muzeydə qurlaşdırılmış ekranlarda Avropa Liqasının möhtəşəm anları, vurulan ən gözəl 100 qol və maraqlı epizodlar azarkeşlərə təqdim olunur. Turnirdə iştirak etmiş yerli klublarımızın imzalı formaları da eksponatlar arasında yer alıb. “Karvan” komandası turnirin təsnifat mərhələsini keçən ilk Azərbaycan klubudur. Bununla yanaşı, “Neftçi”, “Qarabağ” və “Qəbələ”nin futbolçularının da imzalı köynəklərini görmək mümkündür”.

“Azərbaycan futbolundan danışarkən əfsanəvi hakim Tofiq Bəhramovu mütləq qeyd etmək lazımdır. Muzeydə diqqətimi ən çox cəlb edən eksponat əfsanəvi hakimə hədiyyə olunmuş köynəkdir. Peşəkar futbol hakimi olduğum üçün bu eksponat mənə daha xoş təsir bağışladı”, - deyə F.Lütfəliyeva qeyd edib.
Geri qayıt