Əsas Səhifə > Müsahibə > "Qarabağ" çox güclü rəqibdir -
"Qarabağ" çox güclü rəqibdir -26-08-2018, 17:03 |
"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan "Şerif"in futbolçusu Rifet Kapiç klubun saytına müsahibə verib. 23 yaşlı bosniyalı futbolçu ilk oyunda 1:0 hesabı ilə məğlub etdikləri “Qarabağ”la qarşılaşmalarla bağlı bunları deyib: - Rifet, oyun haqqında ümumi nə deyə bilərsən? - "Qarabağ"la oyunumuz çətin keçdi. Hər iki komanda qalib gəlməyi arzulayırdı. Biz daha yaxşı oynadıq və layiqli qələbə qazandıq. Amma arxayınlaşmamışıq, cavab oyununu düşünürük. Sakitik və Bakıya müsbət nəticə ilə yollanırıq. - Vurduğun qolla bağlı nə deyə bilərsən? - Bu, möhtəşəm hissdir. Oyunumuzdan çox razı qaldım. Xoşbəxtəm ki, vurduğum qolla komandama fayda verdim. Hər oyunda 100 faiz gücümü qoymağa çalışıram. - Hesabı artırmaq imkanları da oldu. Fərqi artırmağa nə mane oldu? - Biz çox istəyirdik ki, fərqi artıraq, bir neçə qol şansımız da oldu. Təəssüf ki, hücumlarda son nöqtəni qoya bilmirdik. Buna baxmayaraq, hesabdan razıyıq. - Səncə, cavab oyunu necə keçəcək? - Oyun çətin olacaq. Mən özümə və komandamıza inanıram. Müdafiədə diqqətli olmalı və hücumlarda şansımızı gözləməliyik. Təkrar edirəm, "Qarabağ" çox güclü rəqibdir, amma bizim müsbət nəticəmiz var. Qrupa düşmək şansımız var. Səfərdə də eyni nəticəyə nail olmalıyıq. - "Qarabağ"ın erkən qol vurmağa çalışacağını gözləmək olar? - Bəli, mən də belə düşünürəm. Onlar ilk dəqiqədən hücum edəcəklər və erkən qol vurmaq istəyəcəklər. Lakin bizim də öz güclü keyfiyyətlərimiz var. Diqqətli olmalıyıq. Geri qayıt |