Əsas Səhifə > Müsahibə > Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur


Bu gün, 13:30


Bakı dünya idmanının və su idman növlərinin xəritəsində öz yerini tutur.

BrendSport.az
xəbər verir ki, Avropa Su İdmanı Növləri Federasiyasının prezidenti Antoniu Silva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi edib.

“11 il sonra, 2026-cı ildə Bakı bu fürsətdən istifadə edərək idmanın, eləcə də su idman növlərinin dünya paytaxtına çevrilir. Ötən həftə Bakıda Avropa Su İdmanı Federasiyası ilə birgə “İpək Yolu” üzrə ilk Dünya Kuboku təşkil olunub. İkinci yarış Daşkənddə keçirilib, üçüncü yarış isə Astanada baş tutacaq”, - deyə Antoniu Silva vurğulayıb.

Federasiya prezidenti qeyd edib ki, Bakıya qayıdış zamanı müxtəlif fəaliyyətləri əhatə edən konqres keçiriləcək: “Proqrama forumlar, konfranslar, o cümlədən idmanda dürüstlüklə bağlı konfranslar və konqres daxildir”.

Geri qayıt