Əsas Səhifə > Müsahibə > Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil


Bu gün, 16:05


Azərbaycana gəlişimdən məmnunam. Seminar yüksək səviyyədə təşkil olunub. Bunun üçün Azərbaycan Stolüstü Tennis Federasiyasına (ASTF) təşəkkürümü bildirirəm.

BrendSport.az
xəbər verir ki, bu sözləri Bakıda seminar keçən Beynəlxalq Stolüstü Tennis Federasiyasının (BSTF) təmsilçisi Yevgeni Timçenko ASTF-nin mətbuat xidmətinə açıqlamasında deyib.

Qazaxıstanlı mütəxəssis yaradılan şərait, məşqçi və idmançıların hazırlıq səviyyəsi ilə bağlı fikirlərini bölüşüb: “Təlimlərin uğurlu alınması üçün bütün lazımi şəraiti yaradıblar. Heç bir problemlə üzləşmədik. Sevindirici məqamlardan biri də məşqçilərin peşəkarlığı oldu. Həqiqətən də yüksəksəviyyəli mütəxəssislərdir. Onlarla çalışmaq olduqca maraqlı və zövqvericidir. Bir daha əmin oldum ki, son illərdə Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil. Bu gedişlə idmançılarınızın daha böyük nailliyyətlər qazanacağına inanıram”.

Qeyd edək ki, oktyabrın 1-dən başlayan seminar işini sabah yekunlaşdıracaq.

Geri qayıt