Əsas Səhifə > Müsahibə > Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq


Bu gün, 15:23


Futbolçularıma inanıram. Onlar son oyundan sonra həqiqətən çox məyus idilər. İndi bunu arxada qoyub Litvaya qarşı mübarizə aparmalı və qələbə qazanmalıyıq. İnanıram ki, azarkeşlərimizi də sevindirəcəyik.

BrendSport.az
xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasında Bakıda Litva yığmasına qarşı keçiriləcək matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis qarşılaşmanın çətin keçəcəyini və komandasının qələbə qazanmaq əzmində olduğunu bildirib: “Millidə olmaq və burada məşqçilik etmək böyük bir təzyiq deməkdir. Buna mütləq dözməlisən. Bəzi gənc oyunçular bu məsuliyyətin yükünü həddən artıq hiss edirlər və nəticədə klublarında göstərdikləri rahat, sərbəst oyunu burada nümayiş etdirə bilmirlər. Onların milli komandadakı yolu yeni başladığı üçün müəyyən zamana ehtiyacları var. Xoşbəxtlikdən, heyətdə böyük təcrübəyə malik, belə çətin sınaqlardan keçmiş futbolçularımız da az deyil. Bir uğursuzluqla hər şey bitmir, əksinə, bu cür matçlar komandaya böyük təcrübə qazandırır”.

O vurğulayıb ki, əsas istəkləri qrupda liderliyi ələ almaq, xal ehtiyatını və reytinq göstəricilərini yüksəltməkdir: “Ancaq nəzərə almaq lazımdır ki, növbəti mərhələdə C Liqasının formatı fərqli olacaq və daha ciddi rəqiblərlə qarşılaşacağıq. İddialı komanda formalaşdırmaq müəyyən mərhələli proseslərdən keçməyi və hər bir futbolçunun potensialına bələd olmağı tələb edir”.

Qeyd edək ki, oktyabrın 4-də keçiriləcək Azərbaycan-Litva oyunu saat 17:00-da başlayacaq.
Geri qayıt