Əsas Səhifə > Müsahibə > Qurban Qurbanov: "Nyukasl"ın bizə uyğun olmayan oyun üslubu var

Qurban Qurbanov: "Nyukasl"ın bizə uyğun olmayan oyun üslubu var


Bu gün, 17:34


Sabah bizi çətin oyun gözləyir.

BrendSport.az
xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda İngiltərənin “Nyukasl” klubuna qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, yaxşı təcrübəyə malik komandaya qarşı oynayacaqlarını bildirib: "Nyukasl" dünyanın bir nömrəli liqasında çıxış edir. Matça çox ciddi hazırlaşıblar. Bizə uyğun olmayan oyun üslubu var. Sürətli oyun sərgiləyirlər. Ağıllı şəkildə mübarizə aparmalıyıq".

Mütəxəssis layiqli oyun sərgiləmək istədiklərini söyləyib: “Çox istəyirəm ki, azarkeşlərimiz baxımlı oyun izləsinlər. Məğlub olsaq belə, layiqli şəkildə mübarizə aparmaq istəyirik. Qısa zamanda müəyyən bərpa prosesi keçmişik. Futbolçularım demək olar ki, matça hazırdırlar. Ola bilsin ki, hansısa hissədə yorğunluq olsun. Lakin yenidən güc tapacaqlarını inanıram. Rəqib son iki görüşdə qalib gəlib. İngiltərə klubları Premyer Liqaya Çempionlar Liqasından daha ciddi yanaşırlar. Favorit "Nyukasl"dır. Biz isə çox istəkliyik".

Baş məşqçi Kadi Borgesin zədəsini sağaldaraq, komandaya geri dönməsinin sevindirici məqam olduğunu söyləyib: "Nəriman Axundzadə artıq bizimlə deyil. Onun yerinə başqa futbolçu əlavə edə bilmərik. Yalnız akademiyadan kiminsə adını yaza bilərik. Yüngül zədəsi olan Mateuş Koxalski sabah səhər yoxlanışdan keçəcək. Problemi olmasa, onu meydanda görəcəyik".

Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.
Geri qayıt