Əsas Səhifə > Müsahibə > “Ayntraxt”ın baş məşqçisi: “Qarabağ”la oyunda qazanılacaq xallar bizim üçün çox önəmlidir
“Ayntraxt”ın baş məşqçisi: “Qarabağ”la oyunda qazanılacaq xallar bizim üçün çox önəmlidirBu gün, 17:06 |
![]() “Qarabağ”la oyunda qazanılacaq xallar bizim üçün böyük əhəmiyyət daşıyır. BrendSport.az xəbər verir ki, bu sözləri Almaniyanın “Ayntraxt” komandasının müvəqqəti baş məşqçisi Dennis Şmitt UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib. O, Bakıda yaxşı oyun göstərə biləcəklərinə inandığını bildirib: “Qarşıdakı görüşə tam köklənmişik və yaranacaq fürsətlərdən maksimum yararlanmağa çalışacağıq. Hücum futbolu oynamağa hazırıq, yalnız müdafiəni düşünmək niyyətində deyilik. Turnirdə mübarizəni davam etdirmək üçün yaxşı şansımız var. “Qarabağ”la oyunda qazanılacaq xallar bizim üçün böyük əhəmiyyət daşıyır. Baş məşqçi dəyişikliyi isə bizə müəyyən üstünlük verə bilər, çünki rəqib hansı taktikanı seçəcəyimizi dəqiq bilmir”. Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Geri qayıt |