Əsas Səhifə > Müsahibə > Qurban Qurbanov: Sabah azarkeşləri uğurlu nəticə ilə sevindirmək istəyirik

Qurban Qurbanov: Sabah azarkeşləri uğurlu nəticə ilə sevindirmək istəyirik


Bu gün, 13:34


Sabah vacib oyuna çıxacağıq.

BrendSport.az
xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Bakıda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

O, az vaxtdan səmərəli istifadə etdiklərini bildirib: "Çalışdıq ki, fiziki cəhətdən futbolçuları yaxşı formaya gətirək. Az vaxtımız var idi. Daha bir yoxlama oyunu keçirsəydik, yaxşı olardı. Oyunçularım matça yüksək ab-hava ilə hazırlaşır. Rəqibin heyətində baş məşqçi dəyişikliyi olub. Sabah azarkeşləri uğurlu nəticə ilə sevindirmək istəyirik. Öz oyunumuzu göstərmək əsas məqsəddir".

O, rəqibin Bakıda açıq məşq və mətbuat konfransına çıxmamağının normal hal olduğunu söyləyib: "Bu, onların seçimidir. Rəqibin heyətində olan dəyişiklik əleyhimizə ola bilər. Hava şəraitinin bizə problem yaşatmayacağını düşünürəm".

Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
Geri qayıt