Əsas Səhifə > Müsahibə > Qurban Qurbanov: Sevindirici haldır ki, artıq çempionatda “Qarabağ”a təhlükə yaradan komandalar var
Qurban Qurbanov: Sevindirici haldır ki, artıq çempionatda “Qarabağ”a təhlükə yaradan komandalar varDünən, 12:04 |
![]() Futbolçularımın istirahətə ehtiyacı var idi. Toral Bayramov və Aleksey Kaşuk xəstələndikləri üçün toplanışa gec qoşuldular. BrendSport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib. Mütəxəssis ötən il güclü komandalarla qarşılaşdıqlarını bildirib: "Bizim Türkiyədə yoxlama oyunları keçirəcəyimiz rəqiblər də zəif deyil. Bütün futbolçulara şans verəcəyik. Çox enerji sərf etmək istəmirik. Müəyyən çatışmazlıqlar var idi, bunu məşqlərdə yoluna qoymağa çalışdıq. Heç bir futbolçudan narazı deyiləm. Artıq liqamızda bizə təhlükə yaradan kollektivlər var. Bu, çox sevindirici haldır". O, digər klublardan “Qarabağ”ın həm yerli, həm də əcnəbi futbolçularına maraq olduğunu söyləyib: "Ən çox maraq yerli futbolçularadır. Menecerlər tez-tez əlaqə saxlayırlar. Konkret kimin gedəcəyi və ya qalacağı bəlli deyil. Bu, Marko Yankoviçə də aiddir”. Baş məşqçi bütün mövqelər üçün oyunçu axtardıqlarını vurğulayıb: “Bəzi mövqelərdə futbolçu sayını artırmaq istəyirik. Çünki il ərzində oyun sayı çox olur. Bu, həm oyunumuza, həm də məşq prosesimizə müsbət təsir edəcək. Çempionlar Liqasına görə transfer etmək istəmirik. Gələcək üçün çalışırıq". Q. Qurbanov yeni ildə Azərbaycan futbolunda uğurlu nəticələrin çox olmasını arzulayıb: "İstəyirəm ki, media və azarkeşlər hər zaman mənə güvənsinlər. Futboldan uzaq qalmaq mümkün deyil. Hara getsəm, məğlub olduğumuz oyunlar haqqında, niyə dəyişiklikləri vaxtında etmədiyimi soruşurlar". Qeyd edək ki, "Qarabağ" qış hazırlığına yanvarın 3-də start verib. Komanda məşqlərini yanvarın 10-dək Bakıda davam etdirəcək. Təlim-məşq toplanışının ikinci mərhələsi isə 10–17 yanvar tarixlərində Türkiyənin Antalya şəhərinin Belek bölgəsində keçiriləcək. Geri qayıt |