Əsas Səhifə > Müsahibə > Milli Paralimpiya Komitəsi idman federasiyaları ilə əməkdaşlığı genişləndirəcək
Milli Paralimpiya Komitəsi idman federasiyaları ilə əməkdaşlığı genişləndirəcəkBu gün, 16:12 |
![]() Milli Paralimpiya Komitəsi idman federasiyaları ilə əməkdaşlığı genişləndirəcək. BrendSport.az xəbər verir ki, bu barədə komitənin baş katibi Toğrul Rəhimov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib. O, Taekvondo və Atıcılıq federasiyaları ilə əməkdaşlığa başlayacaqlarını deyib: “Bir sıra federasiyalarla əməkdaşlıq imkanlarını müzakirə edirik. Əlilliyi olan şəxslərin bu idman növlərinə cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərməyi planlayırıq. Həmçinin Elm və Təhsil Nazirliyi ilə də əməkdaşlıqla bağlı danışıqlar aparırıq. Onların dəstəyi ilə əlilliyi olan uşaqları idmana cəlb etmək istəyirik”. Geri qayıt |