Əsas Səhifə > Müsahibə > Baş katib: Dövlətimizin başçısı paralimpiya hərəkatının inkişafına xüsusi önəm verir
Baş katib: Dövlətimizin başçısı paralimpiya hərəkatının inkişafına xüsusi önəm verirBu gün, 15:27 |
![]() Dövlətimizin başçısının diqqət və qayğısı paralimpiyaçıların motivasiyasını artırır. BrendSport.az xəbər verir ki, bu sözləri Milli Paralimpiya Komitəsinin (MPK) baş katibi Toğrul Rəhimov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. O, Prezident İlham Əliyevin ölkədə idmanın, xüsusilə də paralimpiya hərəkatının inkişafına daim xüsusi önəm verdiyini qeyd edib: “Dövlət başçısı tərəfindən 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması da bunun növbəti təzahürü oldu”. İlin MPK üçün uğurlu alındığını deyən T. Rəhimov Azərbaycan paralimpiyaçılarının 2025-ci ildə beynəlxalq yarışlarda 22 qızıl, 18 gümüş və 21 bürünc olmaqla, ümumilikdə 61 medal qazandığını diqqətə çatdırıb: “30 beynəlxalq turnirdə iştirak etmişik. Burada bir dünya və iki Avropa çempionumuz oldu. Medal qazanan idmançılar arasında gənc və yeniyetmə paralimpiyaçılarımız üstünlük təşkil edir”. Geri qayıt |