Əsas Səhifə > Müsahibə > “Qarabağ”ın futbolçusu: Ötən mövsüm də “Ayaks”la qarşılaşmışdıq, bu dəfə fərqli ssenari olacaq
“Qarabağ”ın futbolçusu: Ötən mövsüm də “Ayaks”la qarşılaşmışdıq, bu dəfə fərqli ssenari olacaqBu gün, 18:11 |
![]() Matça hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. BrendSport.az xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının futbolçusu Mateus Silva UEFA Çempionlar Liqasının liqa mərhələsinin VI turunda Bakıda Niderlandın “Ayaks” klubuna qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib. O, azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcəklərini bildirib. “Bizim öz oyun planımız var. Bu turnirdə uğur qazanmaq üçün komanda olaraq çalışmaq lazımdır. Sizə söz verirəm ki, sabah əlimizdən gələni edəcəyik. Heç bir həyəcan yoxdur. Yaxşı oyun göstərməyə çalışacağıq. Ötən mövsüm də “Ayaks”la qarşılaşmışdıq. Təəssüf ki, məğlub olmuşduq. Bu dəfə fərqli ssenari olacaq”, - deyə futbolçu əlavə edib. Braziliyalı futbolçu adının “Flamenqo” komandası ilə hallanmasına da münasibət bildirib: “Mətbuatda çıxan bütün xəbərlərə inanmaq məcburiyyətində deyilik. İndi bütün fikrimi komandaya yönəltmişəm”. Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq “Qarabağ” - “Ayaks” görüşü saat 21:45-də başlayacaq. Geri qayıt |