Əsas Səhifə > Müsahibə > "Beynəlxalq yarışların mükafatçıları məhz bizim yetirmələrimizdir"

"Beynəlxalq yarışların mükafatçıları məhz bizim yetirmələrimizdir"


18-05-2018, 15:41


Bakı şəhəri Gənclər və İdman İdarəsi, Azərbaycan Atletika Federasiyasının dəstəyi ilə Azərbaycan Dövlət Bədən Tərbiysəi və İdman Akademiyasının stadionunda atletika üzrə iki günlük Bakı çempionatı keçirilib.

BrendSport.az saytı xəbər verir ki, yarışda Bakının müxtəlif komandaları 100, 200, 400 və 800 metr məsafəsinə qaçış təşkil olunmuşdur. Yarışın direktoru K.Əhmədov, baş hakimi Ç.Cəfərov, baş katibi isə N.Kafarov olub. Yarışın qalibləri fəxri fərmanla təltif olunublar.

Turnir ərəfəsində Azərbaycan Yüngül Atletika Federasiyasının baş məqçisi Bəhruz Salehli ilə görüşüb, yarış haqqında, eləcə də respublikanın yüngül atletika idmanı barədə fikirlərini öyrəndik. Onu da qeyd edək ki, Bəhruz müəllim 1972-ci ildən məşqçilik edir. Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi və əməkdar məşqçidir.

Uzun müddət xarici ölkələrdə - İran, İraq, Türkiyə, Suriya və Ərəb Əmirliyi kimi dövlətlərdə məşqci kimi fəaliyyət gostərən Bəhruz müəllim, hazırda respublikamızın gənc ateltlərinin uğurları üçün çalışır.

- Çətin dövrlərdə Azərbaycan atletikası öz şərəfli yolundan dönməyib. Federasiyamız öz fəallığı ilə seçilir. Peşəkar məşqçi kollektivimiz var. Bir çox beynəlxalq yarışların mükafatçıları məhz bizim yetirmələrimizdir. Bunlardan Nazim Babayevin adını fəxrlə çəkə bilərəm.

Federasiyamız respublikanın bütün bölgələri ilə sıx əməkdaşlıq edir. Xüsusi olaraq Gəncə şəhəri, İsmayıllı, Şirvan, Göycay, Xacmaz kimi rayonların adını vurğulamaq istərdim. Bölgələrdən perspektivli idmançıları federasiya hesabına yarışlara dəvət edirik. Bu kimi işlərimiz gələcəkdə daha da kütləvi xarakter alacaq.

Federasiya rəhbərliyinin uğurlu idman siyasəti nəticəsində yaxın zamanlarda idman potensialımızı artırıb yeni qələbələr əldə edəcəyik. Onu da deyim ki, məndə olan məlumata görə, saytınızın əməkdaşı Əliqasım Məmmədov da 200 metr məsafədə öz gücünü sınayacaq. Bütün yarış iştirakçılarına uğurlar arzulayıram.

Alxas Məmmədov







Geri qayıt