Əsas Səhifə > Müsahibə > Laporta: Superliqa UEFA ilə dialoq aparır
Laporta: Superliqa UEFA ilə dialoq aparırDünən, 12:22 |
![]() "Barselona"nın prezidenti Joan Laporta bildirib ki, UEFA rəhbəri Aleksander Çeferin Superliqa nümayəndələri ilə danışıqlar aparır. BrendSport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" yazır. "Superliqa məsələsi ortaya çıxdı, bu da fikir ayrılıqlarına, müxtəlif rəylərə və bəzi mübahisələrə səbəb oldu. Mən həmişə Superliqa və UEFA arasında əlaqələrin qurulmasında öz rolumu oynamağa çalışmışam. İndi Superliqa UEFA ilə dialoq aparır. Aleksander Çeferin Superliqa nümayəndələri ilə danışıqlar aparmaq üçün UEFA-dan bir neçə nəfəri təyin edib. O həmçinin Superliqa baş direktoru Bernd Reyhart və Superliqanı təşkil edən klubların hüquqşünaslarının da daxil olduğu komanda ilə danışıb. Üç blok üzrə prinsipial razılaşma əldə olunur. Daha çox razılıq və koordinasiya əldə edilə biləcək blok texnoloji platformaya aiddir. Hesab edirəm ki, bu yaxşı xəbərdir və hər iki tərəf xoş niyyətlidir. "Barsa" razılaşma əldə etmək qabiliyyətindədir. Hesab edirəm ki, futbolun rifah naminə bu razılaşmanın mümkün qədər tez əldə edilməsi vacibdir. Avropa İttifaqının məhkəməsinin Superliqanın mövqeyini dəstəkləyən qərarı var. Bunu vacib hesab edirəm, lakin futbol dünyasının vahid qalması daha vacibdir. UEFA prezidentinin böyük hazırlığını görürəm. Və mən təkid edirəm ki, Çeferin etibar edilə biləcək bacarıqlı insandır", - o bildirib. Geri qayıt |