Əsas Səhifə > Müsahibə > "Hayduk"un futbolçusu: Ölkəniz haqqında məlumat almışam

"Hayduk"un futbolçusu: Ölkəniz haqqında məlumat almışam


22-07-2025, 20:39


Sabahkı oyuna hazırıq.

BrendSport.az
xəbər verir ki, bu sözləri Xorvatiyanın "Hayduk" komandasının futbolçusu Filip Krovinoviç UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O,qalib gəlmək üçün əllərindən gələni edəcəklərini söyləyib: "Daha əvvəl Azərbaycanda oynayan Dario Melnyakdan ölkəniz haqqında məlumat almışam. Sabahkı görüşdə əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-ü saat 19:30-da "Bakcell Arena"da baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də səfərdə təşkil olunacaq.
Geri qayıt