Əsas Səhifə > Müsahibə > Qurban Qurbanov: "Səviyyə fərqinin şahidi olduq"

Qurban Qurbanov: "Səviyyə fərqinin şahidi olduq"


27-10-2023, 08:13


"Çox yaxşı komandaya uduzduq. Bu gün səviyyə fərqinin şahidi olduq".

BrendSport.az
xəbər verir ki , bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniyada "Bayer 04" klubuna 1:5 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis rəqibi qələbə münasibəti ilə təbrik edib: "Futbolçularım çox əziyyət çəkdilər. Biz müdafiədə oturmaq istəmirdik. Boşluqlar da verdik. "Bayer 04" topla həddindən artıq yaxşı davranırdı. Bunu əvvəlcədən də bilirdik. Nəticə onların bizdən çox yuxarıda olduğunu göstərdi".
Geri qayıt