Əsas Səhifə > Müsahibə > Nazirliyin şöbə müdiri: Regionlarda yeni klubların yaranması futbolun inkişafını sürətləndirəcək
Nazirliyin şöbə müdiri: Regionlarda yeni klubların yaranması futbolun inkişafını sürətləndirəcək23-10-2023, 14:14 |
“Dörd yaş qrupu üzrə seleksiya işləri aparılıb və ən istedadlı uşaqlar akademiyaya cəlb olunublar”. BrendSport.az xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov “Ulduz” Futbol Akademiyasının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, futbolçuların burada həm təhsil, həm də yemək və yataq məsələləri tam təmin olunub: “Onlar üçün məşq prosesləri də təşkil edilib. Ümid edirəm ki, bu uşaqlar milli komandamızın üzvü olacaq və top-klublarda ölkəmizi layiqincə təmsil edəcəklər”. E.Məmmədovun sözlərinə görə, akademiyanın yaradılmasında əsas məqsəd futbolun inkişafına töhfə verməkdir: “Regionlarda da bacarıqlı uşaqlar çoxdur və bu cür təşəbbüslər futbolun burada inkişafını daha da sürətləndirəcək. Hər kəsə bəllidir ki, artıq ikinci liqa da təşkil olunur. Regionları təmsil edən komandaların sayı artıb. Burada futbola olan maraq və sevgi böyükdür. İnanıram ki, komandamız bizi hər zaman sevindirəcək. Biz onlardan qələbə gözləyirik”. Geri qayıt |