Əsas Səhifə > Müsahibə > Dünyaca məşhur futbolçu 32 yaşında karyerasını bitirib

Dünyaca məşhur futbolçu 32 yaşında karyerasını bitirib


10-10-2023, 21:59


Belçika millisinin və İspaniyanın “Real Madrid” komandasının sabiq yarımmüdafiəçisi Eden Azar peşəkar karyerasını başa vurub.

BrendSport.az
xəbər verir ki, ulduz oyunçu 32 yaşında futbolla vidalaşıb. O, qərarını sosial şəbəkə hesabında açıqlayıb.

“Doğru zamanda “dur” deməyi bacarmalısınız. 16 illik karyeramdan və oynadığım 700-dən çox matçdan sonra peşəkar karyeramı bitirmək qərarına gəldim”, - deyə E. Azar yazıb.

Qeyd edək ki, Son klubu “Real Madrid” olan Eden Azar karyerası ərzində Fransanın “Lill” və İngiltərənin “Çelsi” komandalarında da çıxış edib.
Geri qayıt