Əsas Səhifə > Müsahibə > “Dövlətim və millətim ən böyük dəstəkçim olub”

“Dövlətim və millətim ən böyük dəstəkçim olub”


11-02-2018, 13:00


“Mən də öz növbəmdə dövlətimizin gələcəyi naminə layiq olan insana - cənab İlham Əliyevə səs verəcəm”

Yeni layihəmiz çərçivəsində idman aləmində tanınmış simalarla, eyni zamanda bu sahədə çalışan insanlarla idmandan başqa, ictimai-siyasi həyatımızda baş verən digər yeniliklər barədə söhbətlərimizi davam etdiririk.
Budəfəki qonağımız əlbəyaxa döyüş növləri üzrə dəfələrlə Azərbaycan, Dünya və Avropa çempionu olmuş İbad Rzazadədir.

- İbad müəllim, bir az özünüz haqda oxucularımıza məlumat verərdiniz.

- Rzazadə İbad Vaqif oğlu 1993-cü ildə Qobustan rayonunun Qobustan şəhərində dünyaya gəlmişəm.

- İdmandakı uğurlarınız barədə nə deyə bilərsizin? Ümumiyyətlə, idmanla məşğul olmaq sizə nə verdi?

- Şərq əlbəyaxa döyüş növləri olan cüdo, ciu-citsu, kyokuşinkaykan, qocyu-ryu, kempo-ryu, karate-do, kobudo və kingboxsing döyüş növləri ilə məşğul olmuşam. Həmin idman növlərindən ümumilikdə 10 qat Azərbaycan, 2 qat Qafqaz, 2 qat Dünya və Avropa çempionu olmuşam. İdman mənə sağlamlıq, gələcəyə nikbin baxış, özünə inam və çoxlu dost-tanış verdi.

- Bu sahədə ən böyük dəstəkçin kim olub?

- Bu günümə görə ilk növbədə Allaha şükr edirəm. Sonra isə ailəm, dövlətim və millətim ən böyük dəstəkçim olub. Xüsusilə də Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov cənabları başda olmaqla Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədova və Qobustan rayon İcra Hakimiyyətinə öz dərin təşəkkürümü bildirirəm.

- Bildiyimizə görə, məşqçi-müəllimlik edirsiz. Bu sahədə nə kimi uğurlar əldə edə bilmisiz?

- Bəli, hazırda Qobustan şəhərində Şərq əlbəyaxa döyüş növləri Qocyu-ryu, Okinava, Karate-do, Kempo-ryu və Kobudo və Kinqboksinq üzrə məşqlər keçirəm. Ümumilikdə, 50-yə yaxın tələbəm var. Onlardan Rəvan Əkbərli 5 qat Azərbaycan çempionu, dünya üçüncüsü və Avroasiya çempionu, Cavidan İsmayılov 4 qat Azərbaycan çempionu, Hüseyn Məmmədov 4 qat Azərbaycan çempionu, Mehrab Əsgərov 2 qat Azərbaycan çempionu, Fərid Babaşov 3 qat Azərbaycan çempionu, Rəvan Gülverdiyev, Turan Seyidəhmədli, Elxan Mikayıl, Əli Abdullayev Azərbaycan çempionu titulunu əldə ediblər.

- Bildiyiniz kimi, qarşıdan növbədənkənar prezident seckiləri gəlir. Seçkilər barədə nə düşünürsünüz?

- Seçkilərlə bağlı demək istəyirəm ki, fikrimcə, respublikamızı İlham Əliyev cənablarından başqa heç bir namizədin idarə edə bilməməsi aşkardır. Bu da danılmaz faktdır ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlməsəydi dövlətimiz süqut etmiş olacaqdı. Məhz onun siyasətidir ki, bu günə kimi layiqincə davam etdirilir. İstər iqtisadi, istər sosial inkişafımız da göz qabağındadır. Bütün bunları nəzərə alaraq, mən də öz növbəmdə dövlətimizin gələcəyi naminə layiq olan insana - cənab İlham Əliyevə səs verəcəm.

Alxas Məmmədov







Geri qayıt