Əsas Səhifə > Müsahibə > “Biz peşəkar futbolçular ailəsinin üzvüyük”

“Biz peşəkar futbolçular ailəsinin üzvüyük”


9-02-2018, 13:49
“Biz peşəkar futbolçular ailəsinin üzvüyük”

“Bu gün ölkə başçımız idmana xüsusi önəm verir və hər zaman idmançılara öz qayğısını nümayiş etdirib”

Yeni layihəmiz çərçivəsində idman aləmində tanınmış simalarla, eyni zamanda bu sahədə çalışan insanlarla idmandan başqa, ictimai-siyasi həyatımızda baş verən digər yeniliklər barədə söhbətlərimizi davam etdiririk.
Budəfəki qonağımız Azərbaycan futbolunda özünəməxsus yeri olan keçmiş futbolçularımızdan Kamal Quliyevdir.

- Kamal müəllim, son vaxtlarda nə kimi uğurlarınız olub?

- Demək olar ki, “Neftçala”dan sonra ancaq ümumi işlərimiz olub. Nailyyətlərimizdən danışanda isə “Neftçi” klubunun akademiyasında futbolumuza qazandırdığımız gənc oyunçularımızı göstərə bilərəm.

- Sizcə, klublarımızda gənc futbolcularımızın şəraitini qənaətbəxş hesab eləmək olarmı?

- Allaha cox şükr ki, bizim dövrlərlə müqayisə belə etmək olmaz. Çünki klublarımızın bu gün gənclərimiz üçün yaratdığı şərait sözün əsl mənasında ürəkaçandır. Düşünürəm ki, zamanla bu işlər daha da yaxşıya doğru irəliləyəcək.

- Sizin gəlişinizlə klubda hansı dəyişikliklər oldu?

- Bizim gəlişimizlə klubda bir çox müsbət dəyişikliklər oldu. Çünki ən azından keçmiş futbolçu, bu caminənin içində yetişmiş adamlarıq. Futbolda baş verən prosesləri heç də digərlərindən aşağı səviyyədə bilmirik. Demək olar ki, klubda bizdən əvvəl baş verən neqativ hallar aradan qaldırılıb. Çünki biz peşəkar futbolçular ailəsinin üzvüyük.

- İdmançı həm də vətəndaşdır. Qarşıdan prezident seçkiləri gəlir. Bu barədə bir idman adamı kimi fikirləriniz maraqlı olardı.

- Əlbəttə, doğru buyurdunuz. Hər bir kəs öz sənətindən əvvəl bir vətəndaşdır və hamının bu cür dövlət əhəmiyyətli tədbirlərdə fəal olması vacib şərtddir. Bəli, qarşıdan növbədənkənar prezident seçkiləri gəlir. Düşünürəm ki, bu ölkəmiz üçün çox əhəmiyyətli bir hadisədir.

Hamıya məlumdur ki, bu gün ölkə başçımız idmana xüsusi önəm verir və hər zaman idmançılara öz qayğısını nümayiş etdirib. Buna misal olaraq idmançıların yaşayışını, vaxtaşırı və düzgün məşq etmələri üçün yaradılmış təlim-məşq bazalarını, yarışlarqabağı yüksək səviyyədə təşkil olunan toplanışları göstərmək olar.

Düşünürəm ki, bütün idmançılar bu kimi fəaliyyətləri nəzərə alacaq və prezident seçkilərində həmişə olduğu kimi, bu dəfə də fəal iştirak edərək cənab İlham Əliyevə səs verəcəklər.

Alxas Məmmədov
Geri qayıt