Əsas Səhifə > Müsahibə > “İnanırıq ki, bu il də ölkəmiz bir çox beynəlxalq yarışlara ev sahibliyi edəcək”

“İnanırıq ki, bu il də ölkəmiz bir çox beynəlxalq yarışlara ev sahibliyi edəcək”


8-02-2018, 21:01


Sahmar Hüseynov: “Düşünürəm ki, bu, tək 700 min YAP üzvünün deyil, bütün Azərbaycan xalqının seçimi olmuşdur”

Saytımız bu günə qədər bir neçə ilklərə imza atıb. Hazırda yeni bir layihəyə start veririk. İdman aləmində tanınmış simalarla, eyni zamanda bu sahədə çalışan insanlarla idmandan başqa, ictimai-siyasi həyatımızda baş verən digər yeniliklər barədə söhbət edəcək və onların münasibətlərini öyrənməyə çalışacağıq.

Beləliklə, ilk qonağımız Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəisi Sahmar Hüseynovdur.

- 2018-ci il təzə başlayıb. İlin əvvəlindən hər hansı bir uğurunuz olubmu və bu ildən gözləntiləriniz nədi?

- Bəli, dediyiniz kimi, 2018-ci il yeni başlamasına baxmayaraq, artıq rayonumuzun idmançıları bir çox mötəbər yarışlarda iştirak edib və mükafata layiq yerlər əldə ediblər.

Qeyd edim ki, sambo idman novu üzrə yeniyetmələr, gənclər və kişilər arasında keçirilən respublika birinciliyində və çempionatinda İman Zülfüqarov, Elmir Həbibov və Vahid Dəmirov öz yaş qruplarında III yerə layiq görülərək bürünc medalın sahibi olublar.

Sərbəst güləşh üzrə yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyinin zona yarışında Baloglan Baloglanov, Zeyqem Qurbanov, Mahir Məmmədov və Şeyfur Quliyev öz çəki dərəcələrində I yerə layiq görülərək final yarışmasında iştirak etmək hüquqi qazanıblar.

- Sizcə, bu il Azərbaycanın idman həyatında nə kimi yenilikləri və irəliləyişləri gözləmək olar?

- Əvvala onu qeyd etməliyəm ki, hazırda Azərbaycan idmanı inkişaf edən dinamika üzrə irəliləyir.

Hər il olduğu kimi, inanırıq ki, bu il də ölkəmiz bir çox beynəlxalq yarışlara ev sahibliyi edəcək. Eyni zamanda idmançılarımız nəzərdə tutulmuş dünya və Avropa çempionatlarında yüksək nəticə göstərərək bizləri sevindirəcəklər.

Bir sözlə, Azərbaycan idmanından hər il olduğu kimi bu il də dinamik inkişaf, yüksəliş və ugur gözləyirik.

- Aprel ayında keçiriləcək prezident seçkiləri barədə nə deyərdiniz?

- 11 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasında növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün müvafiq sərəncam imzalanmışdır.

Qeyd edim ki, bu günlərdə Bakı şəhərində Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirilmişdir.

Həmin qurultayda YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qurultayın qərarını təqdim edib. Düşünürəm ki, bu, tək 700 min YAP üzvünün deyil, bütün Azərbaycan xalqının seçimi olmuşdur. İnanırıq ki, hər bir seçici seçki məntəqəsinə gedərək, gələcəyimizə, inamlı qələbələrimizə səs verərək, cənab Prezidentimz İlham Əliyevi növbəti dəfə Azərbaycan Respublikasının prezidenti seçəcək.

Alxas Məmmədov
Geri qayıt