Əsas Səhifə > Müsahibə > "Lider olmaq üçün iradəli, təmkinli və savadlı olmaq lazımdır"

"Lider olmaq üçün iradəli, təmkinli və savadlı olmaq lazımdır"


14-01-2018, 15:54
"Lider olmaq üçün iradəli, təmkinli və savadlı olmaq lazımdır"

"Əgər, uşaq ailədə yaxşı tərbiyə görmürsə. sizcə o savada meyilli olarmı? Təhsilə hazırlıq ailədən başlamalıdır"

Şıxıyev Toğrul Vaqif oğlu 1992-ci ilin iyunun ayınnı 16-sı Şamaxı rayonunda anadan olub. 1999-cu ildə Şamaxı rayon A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin I sinfə qədəm qoyub. 2009-cu ildə orta məktəbi bitirdikdən sonra, Şamaxı Humanitar Kollecinə daxil olub. Eyni zamanda Şamaxı Humanitar Kollecində 2010-cu ildən Tələbə Gənclər Təşkilatının sədri olub. Bir neçə layihələrin rəhbəri vəzifəsində çalışlb.

2012-ci ildə İstedadlı Gənclərin Respubilka Forumunda iştirak edib. "Sağlam Gəncliyə Doğru" İctimai Birliyinin layihələrinin icrasındada yaxındn iştirak edib. Bu müddət ərzində "Şəffaflıq" qəzetində müxbir, sonra isə korrektor vəzifəsində çalışıb.

2013-cü ildə Kolleci bitirdikdən sonra hərbi xidmətə getmiş, xidmətini Dövlət Sərhəd Xidmətində başa vurub. 2015-ci ildən müəllimlərin işə qəbulu müsabiqəsində yüksək bal toplayaraq Şamaxı şəhər 10 saylı tam orta məktəbdə fiziki tərbiyə müəllimi kimi işləyir.

Onun rəhbərliyi ilə komandaları bir neçə rayon səviyyəli idman yarışlarında uğurlu nəticələr əldə edib. Toğrul müəllim eyni zamanda idmanı sevən gənc kimi tanınır. Bunun bariz nümunəsi kimi 2017-ci ildə Bakı şəhərində "Bakı-2017" marafonunda iştirak etdiyini qeyd etmək olar. Toğrul müəllim Şamaxı rayonunda fəal ictimaiətçi kimi də tanınır. Onunla söhbətimiz elə cəhətdən maraqlı oldu.

- Toğrul müəllim, bir ictimaiətçi gənc kimi fəaliyyət göstərmək asan və çətin tərəfləri nədir?

- Sizi salamlayıram, çox sağ olun ki, vaxt tapıb bizim kimi gənclərin fəaliyyətini işığlandırırsız. Onu da qeyd edim ki, atam Vaqif Şıxıyev və qardaşım Vasif Şıxıyev Şamaxının ziyalılarındandır. Mən də bir növ, onların yolunu davam etdirirəm. Ümumiyyətlə, təşkilatçı olmaq çox çətin bir işdir. Çox vaxt aparır. Layihəni fikirləşmək, onu həyata keçirmək çox zaman tələb edir. Burada insan həm fiziki, həm zehni yorğun olur. Cəmiyyətin tələbi ilə mənim kimi gənclər də bu işləri həyata keçirməlidir.

- Lider olmaq sizcə, nə deməkdir?

- Fikrimcə, lider olmaq üçün iradəli, təmkinli və savadlı olmaq lazımdır. Liderin arxasınca kütlə gəlir. Kütləni də idarə etmək çox çətin məsələdir. Dövlətimizin başçısı İlham Əliyev bu keyfiyyətlərə malik olduğu üçün liderdir.

- Toğrul müəllim siravi müəllimsiniz, təhsilimizi necə qiymətləndirirsiz?

- Əslində bizim təhsildə problem yoxdur. Problem bizim cəmiyyətdədir. Məntiqi bir sual: əgər, uşaq ailədə yaxşı tərbiyə görmürsə. sizcə o savada meyilli olarmı? Təhsilə hazırlıq ailədən başlamalıdır.

- Toğrul müəllim, eşitmişik ki, qısametrajlı filim layihəniz var.

- Çox maraqlıdır, bu məlumatı haradan əldə etmisiniz? Madam ki, xəbəriniz var, detallara varmayaraq qıcasa açıqlama verə bilərəm. Tanınmış bir qurum barəsində çəkiliş nəzərdə tutulur. Burada aktyorlar yox, sıravi vətəndaşlar və şagirdlər çəkiləcəklər. Bu layihəni yaxın dostum Alxas Məmmədolva birgə həyata keçirmək istəyirəm.

- Maraqlı fikirlərinizə görə çox sağ olun. Gələcək işlərinizdə uğurlar arzulayırıq.

- Siz də sağ olun.

Əliqasım Məmmədov
Geri qayıt