Əsas Səhifə > Milli komandalar > Daha beş sərbəst güləşçimiz Avropa çempionatında mübarizəyə başlayır
Daha beş sərbəst güləşçimiz Avropa çempionatında mübarizəyə başlayır18-04-2023, 12:45 |
Bu gün Azərbaycanın daha beş sərbəst güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq. BrendSport.az xəbər verir ki, İntiqam Vəlizadə (61 kq) ukraynalı Taras Markoviç, Cəbrayıl Qadjiyev (74 kq) avstriyalı Simon Markl, Abubakr Abakarov (86 kq) Fatih Erdin (Türkiyə) - Ruslan Valiyev (Fransa) cütünün qalibi, Osman Nurmaqomedov (92 kq) Filip Finesilver (İsrail) - Recep Haydari (Şimali Makedoniya) duelinin güclüsü, Georgi Meşvildişvili (125 kq) isə Almaniya təmsilçisi Gennadi Kudinoviçlə üz-üzə gələcək. Bu gün, həmçinin digər beş sərbəst güləşçimiz medal görüşlərinə çıxacaq. Əliabbas Rzazadə (57 kq) qızıl medal uğrunda Süleyman Atlı (Türkiyə), Hacı Əliyev (70 kq) Ramazan Ramazanov (Bolqarıstan), Maqomedxan Maqomedov (97 kq) Givi Matçaraşvili (Gürcüstan) ilə qarşılaşacaq. Əli Rəhimzadə (65 kq) təsəlliverici görüşdə Coşua Finesilver, Səbuhi Əmiraslanov (79 kq) bürünc medal qarşılaşmasında Axsarbek Qulayev - Hetik Çabolov cütünün qalibi ilə qarşılaşacaq. Geri qayıt |