Əsas Səhifə > Milli komandalar > “AGF Trophy”: Azərbaycan gimnastları komanda hesabında gümüş medal qazanıblar
“AGF Trophy”: Azərbaycan gimnastları komanda hesabında gümüş medal qazanıblar15-04-2023, 16:00 |
Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirinin ilk qalibləri müəyyənləşib. BrendSport.az xəbər verir ki, Azərbaycan idmançıları da mükafatçılar sırasında yer alıblar. Gənclərdən ibarət millimizin üzvləri Şəms Ağahüseynova və Nuray Əhmədzadə komanda hesabında gümüş medala layiq görülüblər. Özbəkistan idmançıları Mişel Nesterova, Natalya Usova qızıl, Macarıstan təmsilçiləri Boqlarka Barkoczi və Yelena Vukmir isə bürünc medala sahib olublar. Turnirə 14 ölkədən 119 gimnast qatılıb. Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edəcək. Bu yarış böyük gimnastlar üçün aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyacaq. Aprelin 16-dək davam edəcək yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar. Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək. Geri qayıt |