Əsas Səhifə > Milli komandalar > Cüdo üzrə Azərbaycan komandası “World Masters” turnirində iki bürünc medal qazanıb
Cüdo üzrə Azərbaycan komandası “World Masters” turnirində iki bürünc medal qazanıb18-12-2017, 19:32 |
Cüdo üzrə Azərbaycan komandası Sankt-Peterburqda keçirilən “World Masters” beynəlxalq turnirini iki bürünc medalla başa vurub. Monqol Xadbatar Naranxu üzərində çətin qələbə ilə turnirə başlayan Hidayət Heydərov (73 kq çəki dərəcəsi) minimum tapşırığın öhdəsindən gəlib. Azərbaycan cüdoçusu rəqibinə qarşı iki dəfə “vadza-ari” fəndi işlədib. Sonra isveçli Tommi Masiasa qalib gələn idmançımız yarımfinalda dünya çempionu Soiçi Xaşimotoya uduzub. Hər şeyi “vadza-ari” qiymətləndirilməsi həll edib. Bürünc medal uğrunda mübarizədə Hidayət monqol Odbayar Qanbatar ilə qarşılaşıb. Əsas vaxtda hesab açılmayıb, əlavə vaxtda isə Heydərov rəqibinin səhvindən istifadə edərək onu məğlubiyyətə uğradıb. Nəticədə azərbaycanlı cüdoçu öz karyerasında ilk dəfə “World Masters” turnirinin medalını qazanıb. Rüstəm Orucov (73 kq) turnirə amerikalı Aleksandr Terner üzərində təmiz qələbə ilə başlayıb, lakin dörddəbir finalda özbək Qiosjon Boboyevə məğlub olub. Yarışın əsas vaxtında qalibi müəyyən etmək mümkün olmayıb, əlavə vaxtda rəqib “vadza-ari” fəndi ilə qalib gəlib. Rüstəm keçirdiyi təsəlli görüşündə Odbayar Qanbatara məğlub olaraq yeddinci yeri tutub. Püşkatmanın nəticələrinə görə 60 kq çəki dərəcəsində özbək Şarafuddin Lütfillayevlə yarışmalı olan Orxan Səfərov isə turniri tərk edib. Nəticədə rəqib növbəti mərhələyə mübarizə aparmadan keçib. 100 kq çəki dərəcəsində Elxan Məmmədov kiçik finalda tatami sahibi Kirill Denisova qalib gəlib. Azərbaycan təmsilçisi sonrakı döyüşdə “vadza-ari” üsulu ilə iki xal qazanaraq isveçli Yoakim Dvarbini məğlub edib, daha sonra portuqaliyalı Xorxe Fonseki üzərində təmiz qələbə qazanıb. Elxan yarımfinalda hollandiyalı Mixael Korrel ilə qarşılaşıb. Görüşün əsas hissəsində qalibi müəyyən etmək mümkün olmayıb, əlavə vaxtda isə cüdoçumuz xəbərdarlıq alıb. Kiçik finalda o, rusiyalı Kiril Denisova qalib gələrək turniri yeddinci yerdə tamamlayıb. Məmmədəli Mehdiyev (90 kq) yarışa monqol Altanbaqan Quntulq üzərində əlavə vaxtda ippon fəndi ilə qazandığı qələbə ilə başlayıb. Lakin dörddəbir finalda İspaniya təmsilçisi Nikoloz Şerazadişviliyə uduzan Məmmədəlinin ilk təsəlli görüşündə rəqibi macar Kristian Tota olub. Əsas vaxt nəticəsiz başa çatıb, əlavə vaxtda cüdoçumuz “vadza-ari” fəndinə yaxalanaraq yeddinci yeri tutub. Tural Səfquliyev (90 kq) ilk mərhələdə tataminin sahibi Xusen Xalmyrzayevlə qarşılaşıb. Əsas vaxtda qalibi müəyyən etmək mümkün olmayıb, əlavə vaxtda isə rusiyalı idmançı qalib gəlib. 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri isə ilk görüşündə monqol Durenbayar Ulzibayara məğlub olub. Azərtac.az Geri qayıt |