Əsas Səhifə > Milli komandalar > Premyer Liqa: "Sabah" autsayderlə, "Neftçi" "Sumqayıt"la qarşılaşacaq

Premyer Liqa: "Sabah" autsayderlə, "Neftçi" "Sumqayıt"la qarşılaşacaq


8-04-2023, 07:20


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun daha iki oyunu keçiriləcək.

BrendSport.az
xəbər verir ki, günün ilk matçı "ASCO Arena"da "Səbail" və "Sabah" komandaları arasında olacaq. Hazırda Murad Musayevin baş məşqçi olduğu kollektiv 65 xalla turnir cədvəlinin 2-ci pilləsində yer alır. 18 xalı olan "dənizçilər" isə sonuncudur.

Klublar indiyədək ölkə çempionatında 18 dəfə qarşılaşıblar. Bunların 5-də "Səbail", 9-da "Sabah" qələbə qazanıb. 4 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də "Sabah"ın üstünlüyü var - 24:13.

Günün son oyununda isə 57 xalla 3-cü sırada qərarlaşan "Neftçi" 24 xalla 8-ci yerdə gedən "Sumqayıt"ın qonağı olacaq.

Bu qarşılaşmayadək Premyer Liqada 42 dəfə üz-üzə gələn komandaların duelinda "ağ-qaralar" 21, "gənclik şəhəri" təmsilçisi 12 dəfə sevinib. 9 qarşılaşma heç-heçə ilə yekunlaşıb. Paytaxt klubunun vurduğu 65 topa sumqayıtlılar 46 qolla cavab veriblər.

"Neftçi" son 5 oyunda ən azı 2 qol vurub. "Sumqayıt" 8 matçdır rəqibinə qalib gəlmir.

Azərbaycan Premyer Liqası
XXIX tur
8 aprel (şənbə)

17:30. “Səbail” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”.

20:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Cavanşir Yusifov, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”.

Qeyd edək ki, açılış oyununda "Qəbələ" evdə "Zirə"ni 2:1 hesabı ilə məğlub edib. Tura aprelin 9-da keçiriləcək "Turan Tovuz" - "Şamaxı" və "Qarabağ" - "Kəpəz" matçları ilə yekun vurulacaq.


Geri qayıt