Əsas Səhifə > Milli komandalar > Yunan-Roma güləşi üzrə millimiz Gürcüstanda təlim-məşq toplanışını başa vurub
Yunan-Roma güləşi üzrə millimiz Gürcüstanda təlim-məşq toplanışını başa vurub31-03-2023, 06:04 |
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Gürcüstanın kurort bölgəsi olan Bakurianidə keçirilən təlim-məşq toplanışını başa vurub. BrendSport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yerli komanda ilə birgə təşkil olunan təlim-məşq toplanışında millimizin 15 üzvü iştirak edib. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov, Nihat Məmmədli (hər ikisi 60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov, Tuncay Vəzirzadə (hər ikisi 82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev, Murat Lokyayev, Zamir Maqomedov (hamısı 97 kq), Sabah Şəriəti və Beka Kandelakidən (hər ikisi 130 kq) ibarət heyət dəniz səviyyəsindən 1700 metr yüksəklikdə əsasən fiziki hazırlığı əhatə edən məşqlər keçiblər. Ancaq toplanış çərçivəsində taktiki-texniki çalışmalara da yer ayrılıb. İkihəftəlik toplanış apreldə keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Qeyd edək ki, yığmamız Avropa çempionatı üçün son hazırlıq prosesini Bakıda keçəcək. Geri qayıt |