Əsas Səhifə > Milli komandalar > Millimiz Bosniya və Herseqovinada Monteneqro yığması ilə qarşılaşacaq
Millimiz Bosniya və Herseqovinada Monteneqro yığması ilə qarşılaşacaq28-03-2023, 10:00 |
On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün son oyununu keçirəcək. BrendSport.az xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 16:00-da Bosniya və Herseqovinada keçiriləcək oyunda Monteneqro komandası ilə qarşılaşacaq. Oyunu Moldovadan olan hakim Elena Gobjila idarə edəcək. Ona Ana Ciobotaru (Moldova) və Merima Tanoviç (Bosniya və Herseqovina) köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Almasa Hodzic (Bosniya və Herseqovina) yerinə yetirəcək. Daha əvvəl Azərbaycan millisi Qazaxıstan seçməsinə 2:0 hesabı ilə qalib gəlsə də, növbəti matçda Bosniya və Herseqovina yığmasına eyni hesabla məğlub olub. Geri qayıt |