Əsas Səhifə > Milli komandalar > Kənan İsmayılov Roma Açıq Avropa turnirində bürünc medal qazanıb

Kənan İsmayılov Roma Açıq Avropa turnirində bürünc medal qazanıb


12-03-2023, 15:03
Kənan İsmayılov Roma Açıq Avropa turnirində bürünc medal qazanıb

İtaliyanın paytaxtı Roma şəhərində keçirilən cüdo üzrə Açıq Avropa turnirinin ilk yarış günündə 3 çəki dərəcəsində 6 cüdoçumuz tatamiyə çıxıb.

BrendSport.az
saytı xəbər verir ki, cüdoçumuz Kənan İsmayılov (-60 kq) yarışı 3-cü yerdə başa vurub. O, bürünc medal uğrunda görüşdə niderlandlı idmançı Emiel Carinqə qalib gəlib.
Digər bir cüdoçumuz İbrahim Əliyev (-73 kq) isə yarışı 7-ci yerdə tamamlayıb.
Geri qayıt