Əsas Səhifə > Milli komandalar > Premyer Liqa: “Qarabağ” klubu “Qəbələ”ni, “Neftçi” isə “Turan Tovuz”u məğlub edib
Premyer Liqa: “Qarabağ” klubu “Qəbələ”ni, “Neftçi” isə “Turan Tovuz”u məğlub edib6-03-2023, 07:19 |
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turuna yekun vurulub. BrendSport.az xəbər verir ki, günün ilk qarşılaşması Qəbələdə oynanılıb. “Qarabağ” klubunu qəbul edən “Qəbələ” 1:3 hesabı ilə məğlub olub. Ağdam təmsilçisinin heyətində Ramil Şeydayev dubl edib, digər qolu Musa Qurbanlı vurub. Meydan sahiblərinin heyətində isə İsnik Alimi fərqlənib. Turun son oyununda “Neftçi” və “Turan Tovuz” komandaları üz-üzə gəliblər. Matçda Bakı təmsilçisi böyük hesablı qələbə qazanıb – 4:0. “Neftçi”nin heyətində Emin Mahmudov dubl edib, Sezar Meza Kolli və Mateus Saldanya rəqib qapısını yol tapıblar. XXV turun "Zirə" - "Şamaxı" matçında qalib müəyyənləşməyib - 2:2. "Sumqayıt" klubu "Səbail"i 1:0, "Sabah" isə "Kəpəz"i 2:0 hesabı ilə üstələyib. Hesabında 65 xal olan “Qarabağ” klubu turnir cədvəlində liderliyini davam etdirir. “Sabah” 56, “Neftçi” isə 52 xalla ilk üçlükdə yer alıblar. “Zirə” 36 xalla dördüncü, “Qəbələ” 32 xalla beşinci, “Turan Tovuz” 26 xalla altıncı, “Sumqayıt” 21 xalla yeddinci pillədə qərarlaşıblar. Aktivlərində 20 xal olan “Kəpəz” və “Şamaxı” klubları 8-9-cu pilləni bölüşürlər. “Səbail” isə 17 xalla sonuncu – onuncudur. Geri qayıt |