Əsas Səhifə > Milli komandalar > “Kəpəz” – “Şamaxı” matçında beş qol vurulub

“Kəpəz” – “Şamaxı” matçında beş qol vurulub


17-02-2023, 16:49
“Kəpəz” – “Şamaxı” matçında beş qol vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib.

BrendSport.az
xəbər verir ki, turun açılış oyununda “Kəpəz” klubu “Şamaxı”nı qəbul edib.

Gəncə şəhər stadionunda oynanılan qarşılaşma “Kəpəz”in 3:2 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Abdullahi Şauybu və Mate Kvirkviya (2 top) fərqləniblər. “Şamaxı”nın qollarını isə Fuad Bayramov və Rəhman Daşdəmirov vurublar.

Qeyd edək ki, turun "Qəbələ" - "Sumqayıt" və "Neftçi" - "Səbail" matçları fevralın 18-də, "Zirə" - "Qarabağ" və "Sabah" - "Turan Tovuz" görüşləri fevralın 19-da keçiriləcək.
Geri qayıt