Əsas Səhifə > Milli komandalar > Turun açılış oyununda lider “NTD BK” məğlub oldu

Turun açılış oyununda lider “NTD BK” məğlub oldu


15-02-2023, 23:26
Turun açılış oyununda lider “NTD BK” məğlub oldu

Fevralın 15-də “Sərhədçi” İdman Mərkəzində “NTD BK” və “AAAF Xırdalan BK” basketbolçuları arasında 18-ci turun açılış oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, oyuna fəal başlayan “AAAF Xırdalan BK” lider “NTD BK” üzərində 95-77 hesablı qələbə qazandı. Ən məhsuldar basketbolçular: “NTD BK” (Londel Kinq - 23 xal, 19 ribaund ), “AAAF Xırdalan BK” ( Deymon Makdouel - 34 xal, 5 ribaund )

Qeyd edək ki, 18-ci turun digər oyunları (“Sabah BK” – “Gəncə BK”, “Neftçi İK” – “Olimpik Şəki BK”, “Zirvə Astara BK” – “Sərhədçi PİK” ) fevralın 18-də və 19-da keçiriləcək.
Geri qayıt