Əsas Səhifə > Milli komandalar > “Qarabağ” – “Gent” matçını İsveçdən olan hakimlər briqadası idarə edəcək

“Qarabağ” – “Gent” matçını İsveçdən olan hakimlər briqadası idarə edəcək


15-02-2023, 12:12
“Qarabağ” – “Gent” matçını İsveçdən olan hakimlər briqadası idarə edəcək

UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində fevralın 16-da keçiriləcək “Qarabağ” – “Gent” (Belçika) qarşılaşmasının hakimləri açıqlanıb.

BrendSport.az
xəbər verir ki, “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu İsveçdən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Mohammed Al-Hakim olacaq. Ona Fredrik Klyver və Robin Vilde kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bojan Pandzic yerinə yetirəcək.

Oyunun hakim-inspektoru estoniyalı Uno Tutk, UEFA nümayəndəsi İrlandiya təmsilçisi Peadar Ryan olacaq.
“Qarabağ”- “Gent” oyunu saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.
Geri qayıt