Əsas Səhifə > Milli komandalar > Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyun keçirilib
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyun keçirilib11-02-2023, 09:06 |
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ikinci dövrənin növbəti oyunu keçirilib. BrendSport.az xəbər verir ki, Voleybol Mərkəzində VI tur çərçivəsində təşkil olunan görüşdə MOİK və “Neftçi”lə üz-üzə gəlib. Matç “Neftçi”nin qələbəsi ilə başa çatıb. İlk hissəni 25:18 hesabı ilə aktivinə yazdıran Pərviz Səmədovun komandası sonrakı setlərdə də qalib gəlib - 25:23, 25:18. Qeyd edək ki, bu gün turun və dövrənin son oyunu olan “Xarı bülbül” - "Murov” qarşılaşması təxirə salınıb. Buna səbəb hakimlər kollegiyasının üzvlərinin AVF-nin yarışların keçirilməsi üzrə Nizam-intizam komisiyyasına ünvanladığı müraciət olub. Müraciətdə V turda keçirilən “Xarı bülbül” - “Neftçi” oyununda nizam-intizam qaydalarının pozulduğu bildirilib və bununla bağlı müvafiq qərar qəbul olunması xahiş olunub. Həmin müraciətə fevralın 13-də baxılacaq və AVF tərəfindən müvafiq qərar qəbul olunacaq. Turnir cədvəli: “Murov” 14 xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 xala malik “Xarı bülbül” ikinci, 9 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur. VI tur MOİK - “Neftçi” 0:3 (18:25, 23:25, 18:25), “Xarı bülbül” - “Murov”. Geri qayıt |