Əsas Səhifə > Milli komandalar > İki boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb

İki boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb


9-02-2023, 13:20
İki boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb

Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirə start verilib. Azərbaycan milli komandasının iki üzvü yarışa qələbə ilə başlayıb.

BrendSport.az
Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, turnirdə 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Hüseynov səkkizdəbir final mərhələsi çərçivəsində slovakiyalı Tibor Katona ilə üz-üzə gəlib. Gərgin keçən döyüş Avropa çempionumuzun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. O, dörddəbir finalda Qabor Virbanla (Macarıstan) gücünü sınayacaq.

Millimizin digər boksçusu Rəşid Həsənov (71 kq) isə qırğızıstanlı Sirqak Uulu Abdijaparı yarışdan kənarlaşdırıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib. R.Həsənov ikinci döyüşündə Yermanxan Jakpekovla (Qazaxıstan) münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, 26 ölkədən 294 boksçunun qatıldığı turnirin üçüncü günündə - fevralın 9-da Azərbaycan yığmasının 3 idmançısı rinqə çıxacaq.
Geri qayıt