Əsas Səhifə > Milli komandalar > Milli komandamız qitə çempionatını 6 medalla başa vurub
Milli komandamız qitə çempionatını 6 medalla başa vurub6-02-2023, 12:30 |
Azərbaycan karateçiləri Kiprin Larnaka şəhərində yeniyetmə və gənclərin 50-ci Avropa çempionatında 6 medal qazanıb. Mükafatların üçü qızıl, biri gümüş, ikisi isə bürüncdür. BrendSport.az Milli Karate Federasiyasına istinadla xəbər verir ki, Aysu Əliyeva (-59 kq) 16-17 yaşlı qızların yarışında, Fərid Savadov (-55 kq) eyni yaş qrupunda oğlar arasında, Əminağa Quliyev isə (-60 kq) 21 yaşadək gənclərin turnirində Avropa çempionu olub. Gülay Orucova 14-15 yaşlı yeniyetmələr arasında gümüş medala, eləcə də Rahim Əzim (70+) eyni yaş qrupunda, Hüseyn Məmmədli isə 21 yaşadək gənclərin yarışında bürünc medala sahib olub. Salman Salmanov (kata) 14-15 yaşlı yeniyetmələrdə, Fatima Məmmədova (-47 kq) isə onunla eyni yaş qrupunda kumite yarışlarının bürünc mükafatını əldən verib. Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında 4-cü yeri tutub. 3 yaş qrupu üzrə 50-ci qitə çempionatında 48 ölkədən 1114 karateçi iştirak edib. Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyasının İdarə heyətinin üzvü Yaşar Bəşirov idmançıları mükafatlandırma mərasimində iştirak edib. Geri qayıt |