Əsas Səhifə > Milli komandalar > Dörd karateçimiz Premyer Liqada bürünc medal uğrunda görüşə çıxacaq

Dörd karateçimiz Premyer Liqada bürünc medal uğrunda görüşə çıxacaq


28-01-2023, 13:06
Dörd karateçimiz Premyer Liqada bürünc medal uğrunda görüşə çıxacaq

Misir Ərəb Respublikasının paytaxtı Qahirədə Dünya Karate Federasiyasının Karate1 seriyasından ən nüfuzlu yarışı Premyer Liqa davam edir.
BrendSport.az
xəbər verir ki, turnirin ilk günü 4 idmançımız gücünü sınayıb. Belə ki, Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq) və Mədinə Sadiqova (55 kq) yanvarın 29-da bürünc medal uğrunda mübarizə aparacaqlar.
Karate1 Premyer Liqa turnirində 58 ölkədən 382 idmançı iştirak edir.
Geri qayıt