Əsas Səhifə > Milli komandalar > Güləşçilərimiz U-23 dünya çempionatını beş bürünc medalla başa vurublar
Güləşçilərimiz U-23 dünya çempionatını beş bürünc medalla başa vurublar28-11-2017, 15:14 |
Polşanın Bıdqoş şəhərində güləş üzrə U-23 dünya çempionatına yekun vurulub. Azərbaycan Güləş Federasiyasından verilən xəbərə görə, 19-23 yaşlı idmançılar arasında ilk dəfə keçirilən çempionatı yığma komandamızın üzvləri 5 bürünc medalla başa vurublar. İlk iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar. Komandamızın üzvlərindən Sakit Cəlilov (59 kq) və İslam Abbasov (85 kq) bürünc medal qazanıb. Nəsir Həsənov (75 kq) isə beşinci yerdə qərarlaşıb. Qadın güləşçilərin mübarizəsini də yığmamızın üzvləri 2 bürünc medalla tamamlayıblar. Türkan Nəsirova (58 kq) və Tatyana Omelçenko (60 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar. Alyona Kolesnik (58 kq) isə beşinci yeri tutub. Son yarış günlərində mübarizəyə qoşulan sərbəst güləşçilərin qazancı isə 1 bürünc medal olub. Çempionatda 57 kiloqram çəkidə yarışan Pərviz İbrahimov çempionatı üçüncü sırada tamamlayıb. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edib. Azərtac.az Geri qayıt |